Sentyabrın 7-də Nato-nun baş katibinin rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstana səfər edəcək.

Unikal.org APA-ya istinadən xəbər verir ki, Nato-nun baş katibi Yens Stoltenberq səfər çərçivəsində Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili ilə görüşəcək. Sonra tərəflər sentyabrın 7-8-də keçiriləcək NATO-Gürcüstan sessiyasının açılışına qatılacaqlar.

 

Nato-nun baş katibinin səfər çərçivəsində Gürcüstan prezidenti Georgi Marqvealşvili, parlamentin sədri David Usupaşvili və parlament üzvləri, müdafiə naziri Levan İzoria, xarici işlər naziri Mixail Canelidze, habelə beynəlxalq və qeyri-hökumət təşkilatları və media ilə görüşü gözlənilir.

 

Səfər çərçivəsində Nato-nun baş katibi sentyabrın 8-də Milli Kitabxanada tələbələr qarşısında çıxış edəcək.