Kərim Məsimov Qazaxıstanın baş naziri vəzifəsindən istefaya göndərilib.
Unikal.org xəbər verir ki, bu barədə informasiyanı Qazaxıstan Prezidentinin Mətbuat Xidməti yayıb.
Məsimov Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin sədri təyin edilib. Hazırda baş nazirin səlahiyyətlərini müvəqqəti olaraq müavin Bakıtcan Saqintayev yerinə yetirir.