Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Bakıdadır.
Unikal.org-ın məlumatına görə, o, Azərbaycanda rəsmi şəxslərlə, o cümlədən xarici işlər naziri Elmar Məmmədyarovla görüşəcək.
Xatırladaq ki, sabah Gürcüstanda Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin görüşünün keçirilməsi nəzərdə tutulur.