Prezident İlham Əliyev "Azərbaycan Respublikası Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri haqqında fərmanında dəyişikliklər edib.
Unikal.org xəbər verir ki, ölkə başçısı fərmanda aşağıdakı dəyişiklikləri edib:
1. Preambuladan "sığorta fəaliyyəti, sözləri çıxarılsın.
2. 1-ci hissədən "və Dövlət Sığorta Nəzarəti Xidməti sözləri çıxarılsın.
3. 9-cu hissə ləğv edilsin.
4. Həmin Fərmanla təsdiq edilmiş Əlavə I - "Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Strukturunun 5-ci hissəsi ləğv edilsin.
5. Həmin Fərmanla təsdiq edilmiş Əlavə II - "Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə üzrə:
5.1. 1-ci hissədən "sığorta fəaliyyəti, sözləri çıxarılsın;
5.2. 7.4-cü bənd ləğv edilsin;
5.3. 7.10-cu bənd aşağıdakı redaksiyada verilsin:
"7.10. ölkə iqtisadiyyatına xarici və daxili kreditlərin cəlb edilməsi sahəsində zəruri tədbirlərin həyata keçirilməsini təmin edir;
5.4. 7.11-ci bənddən "sığorta fəaliyyətinə nəzarət, sözləri çıxarılsın;
5.5. 8.28-ci bənddən "sığorta fəaliyyətinə nəzarəti təşkil etmək, sözləri çıxarılsın;
5.6. 8.29-cu bənd ləğv edilsin;
5.7. 8.53-cü bənddən "sığorta fəaliyyətinə nəzarət, sözləri çıxarılsın;
5.8. 8.67-ci bənddən "və dövlət sığorta nəzarəti sözləri çıxarılsın;
5.9. 9.8-ci və 9.9-cu bəndlər ləğv edilsin;
5.10. 10-cu hissədən "Dövlət Sığorta Nəzarəti Xidməti, sözləri çıxarılsın;
5.11. 18.2-ci bənddən "Dövlət Sığorta Nəzarəti Xidmətinin, sözləri çıxarılsın;
5.12. 18.5-ci bənddən "sığorta fəaliyyəti, sözləri çıxarılsın;
5.13. 27-ci hissənin birinci cümləsindən ", sığorta tənzimlənməsi və nəzarəti metodikasının sözləri çıxarılsın.