Son vaxtlar inflyasiyaya təsir edən bir sıra daxili və xarici amillərin davranışındakı dəyişiklikləri nəzərə alaraq əlavə antiinflyasiya tədbirlərinin həyata keçirilməsinə zərurət yaranıb.

Azərbaycan Mərkəzi Bankından (AMB) unikal.org-a verilən məlumata görə, bu istiqamətdə mühüm addımlardan biri kimi kəskin məzənnə tərəddüdlərini tənzimləmək, bununla da valyuta bazarında gözləntilərə və tarazlığa təsir etmək məqsədilə Azərbaycan Respublikası Dövlət Neft Fondu və AMB tərəfindən valyuta hərraclarında xarici valyutanın təklifi əhəmiyyətli artırılıb.

Eyni zamanda makroiqtisadi proqnozları, tədiyə balansında və valyuta bazarındakı meylləri nəzərə alaraq Mərkəzi Bank pul siyasəti alətlərinin kəmiyyət parametrlərini dəyişib. Mərkəzi Bankın İdarə Heyəti 14 sentyabr 2016-cı il tarixindən likvidlik əməliyyatları üzrə faiz dəhlizinin aşağı həddini 12%, yuxarı həddini 18%, uçot dərəcəsini isə 15% səviyyəsinə qaldırmaq barədə qərar qəbul edib.

Uçot dərəcəsi necə təyin edilir?

384646919

Uçot dərəcəsi ölkədəki cari iqtisadi vəziyyət və inflyasiya səviyyəsi nəzərə alınaraq təyin edilir. Əgər inflyasiya səviyyəsi yüksəlirsə, Mərkəzi Bank uçot dərəcəsini yüksəldir və əksinə, inflyasiya səviyyəsi endikcə, uçot dərəcəsi də endirilir.

Uçot dərəcəsi aşağı olduqda kreditlər əlçatan xarakter alır. Kreditlər üzrə faiz dərəcələri enir və insanlar kredit əldə etməyə həvəs göstərir.

Nəticədə, insanların sahib olduğu pul kütləsi artdıqca edilən alış-veriş həcmi də artır. Beləliklə, məhsulların dəyəri yüksəlir. Məhsul həcmi azaldıqca satıcılar qiymət qaldırmağa başlayır. Bununla bərabər inflyasiya artmağa başlayır. 

İnflyasiyanın yüksək həddi insanların həyat şərtlərinə təsir edir. İnflyasiya nə qədər yüksəkdirsə, insanların həyat şərtləri bir o qədər aşağıdır və təbii ki, bu onları qane etmir.

İnflyasiyanın yüksək olması insanların həyat şərtlərinə təsir edir. İnflyasiya nə qədər yüksək olarsa, insanların yaşayış səviyyəsi bir o qədər enməyə başlayır və təbii ki, bu əhalini qane etmir. Bu vəziyyət isə öz növbəsində dövlət üçün təhlükə xarakteri daşıyır.

Bu səbəbdən də, yenidən maliyyələşmə dərəcəsi ölkədə inflyasiya səviyyəsinə təsir etmə aləti rolunu oynayır. İnflyasiyanı endirmək üçün yenidən maliyyələşmə dərəcəsi qaldırılır. Bu səbəbdən də kreditlər bahalaşmağa başlayır. Belə olduqda, kredit əldə etmək vətəndaşlar üçün sərfəli olmur və bu da özünü onların alıcılıq qabiliyyətində əks etdirir.

İnsanların pulu azalır və az xərcləməyə başlayırlar. Onlar tərəfindən qazanılan məbləğ yalnızca vacib, gündəlik xərclərin qarşılanmasına sərf olunur. Bu səbəbdən də, mağazalarda satış həcmi enir və satıcılar qiymətləri endirməyə məcbur olur. Bütün bunlar sonda inflyasiyanın enməsinə səbəb olur.

Xatırladaq ki, Azərbaycanda uçot dərəcəsinin ən yüksək həddi 15%-ə bərabər olub və bu barədə müvafiq qərarı Mərkəzi Bank 2008-ci ilin iyun ayında qəbul edib. Uçot dərəcəsinin ən aşağı həddi isə 2009-cu ilin may ayında qəbul edilən qərarla 2% olub.