Suriyada atəşkəs rejimi 7 gün ərzində tam qüvvəyə minməlidir.

Unikal.org TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ dövlət katibi Con Kerri ilə görüşün yekunu ilə bağlı keçirilən mətbuat konfransında deyib.

"Rusiya və Amerika Birləşmiş Ştatları sentyabrın 12-si, saat 00:00-dan etibarən Suriyada münaqişə tərəflərini hərbi əməliyyatları tam dayandırmağa çağırıb. Atəşkəs rejimi qüvvəyə mindikdən 7 gün sonra xüsusi mərkəz yaradılacaq. Mərkəzdə Rusiya və ABŞ hərbçiləri, iki ölkənin xüsusi xidmət orqanlarının nümayəndələri münaqişə tərəflərinin geri çəkilməsi istiqamətində praktiki məsələlərlə məşğul olacaqlar, - deyə Lavrov qeyd edib.

Rusiya XİN rəhbəri, həmçinin bildirib ki, Rusiya və ABŞ arasında Suriya böhranı ilə bağlı beş sənəd imzalanıb. Detalları açıqlanmayan razılaşmaların sentyabrın 12-dən qüvvəyə minəcəyi vurğulanıb. Onun sözlərinə görə, Suriya rəhbərliyi artıq sənədlərlə tanış olub.

Danışıqlar 15 saat davam edib.