Dünya bazarında neftin ucuzlaşması davam edir.
Unikal.org apa-ya istinadən xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,74 dollar azalaraq 45,14 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,68 dollar azalaraq 47,33 dollar olub.