Avropa Şurası ilin sonuna hazırlaşır
12:59 14-06-2012
SİYASƏT
Avropa Şurası ilin sonuna hazırlaşır
Çünki təşkilatın qarşısındakı öhdəliklərimizlə bağlı hesabat ilin sonuna kimi təqdim olunacaq
AŞPA-nın Monitorinq Komitəsinin Azərbaycan üzrə həmmurəzçiləri ölkə ilə bağlı hesabat ilin sonuna kimi təqdim etmək niyyətindədir. Bu barədə həmməruzəçilər Jozef Debono Qrex və Pedro Aqramunt Azərbaycana səfərlərinin yekunlarına həsr olunmuş mətbuat konfransında bildiriblər.
Pedro Aqramunt bildirib ki, həmməruzəçilər səfər çərçivəsində Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, baş prokuror Zakir Qaralov, Ali Məhkəmənin sədri, Milli Məclisdə təmsil olunmayan siyasi partiyaların, vətəndaş cəmiyyətinin, kütləvi informasiya vasitələrinin, dini konfessiyaların nümayəndələri ilə görüşlər keçiriblər. Həmməruçəçi dini konfesisyaların nümayəndələri ilə görüşdə Azərbaycanda din və vicdan azadlığı məsələlərinin müzakirə olunduğunu deyib: "Azərbaycanda bu sahədə problem yoxdur".
Pedro Aqramunt həmçinin Milli Məclisdə maraqlı görüşlər keçirdiklərini, Azərbaycanın Avropa Şurası qarşısında üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi ilə bağlı müzakirələr apardıqlarını deyib.
Həmməruzəçilər ədliyyə naziri Fikrət Məmmədovla görüşdə də Azərbaycanın AŞ qarşısında üzərində götürdüyü öhdəliklərin yerinə yetirilməsi məsələsi müzakirə olunub: "İlin sonuna kimi Azərbaycanın Avropa Şurası qarşısında üzərinə götürdükləri öhdəliklərin yerinə yetirilməsinə həsr olunmuş hesabatı təqdim etməyi planlaşdırırıq".
Jurnalistlərin suallarını cavablandıran Pedro Aqramunt Oqtay Gülalıyevin bu gün səhər azadlığa buraxıldığını, həmməruzəçilərin onunla görüş keçirəcəklərini bildirib: "Bu gün səhər fotoqraf Mehman Hüseynovun iyunun 12-də saxlanması barədə məlumat aldıq. On beş dəqiqə əvvəl bizə bildirdilər ki, o da azadlığa buraxılacaq".
Pedro Aqramunt bildirib ki, Azərbaycana səfərlərinin məqsədi bu ölkənin Avropa Şurası qarşısında öhdəliklərini yerinə yetirməyə kömək etməkdir.
Xatırladaq ki, həmməruzəçilər Bakıya iyunun 12-də gəliblər. Sabah Qubaya səfər edəcək Jozef Debono Qrex və Pedro Aqramunt orada yerli hakimiyyət orqanları ilə görüşlər keçirəcəklər.
Digər Xəbərlər
2024-12-25 00:31:48
2024-12-24 19:48:00
2024-12-24 19:24:05
2024-12-24 19:10:08
2024-12-24 18:42:57
2024-12-24 18:22:48
2024-12-24 15:40:25
2024-12-24 15:14:17
2024-12-24 14:51:10
2024-12-24 11:45:40
2024-12-24 11:17:44
2024-12-24 11:10:58
2024-12-24 10:25:46
2024-12-24 00:01:07
2024-12-24 00:00:00
2024-12-23 21:15:45
2024-12-23 20:31:41
2024-12-23 19:58:35