Cüdo üzrə gənclərdən ibarət Azərbaycan milli komandası
İspaniyanın Malaqa şəhərində start götürən Avropa çempionatının ilk yarış
günündə iki qızıl medal qazanıb.
Cüdo Federasiyasından Unikal.org-a verilən məlumata görə, Natiq Qurbanlı (55 kq)
və Hidayət Heydərov (73 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qurbanlı ardıcıl olaraq, türkiyəli Oğuzhan Karacanı, macar Daniel Monorini və
gürcü İrakli Kupatadzeni məğlubiyyətə uğratdıqdan sonra finala yüksəlib. Həlledici
görüşdə isə o, rusiyalı Ali Pafovu ipponla yenərək, Avropa çempionu olub.
Heydərov isə qızıl medala yiyələnmək üçün 5 görüşdən qalib ayrılıb. O, ardıcıl
olaraq, rumıniyalı Aleksandru Rayku, polşalı Tomaş Çernyavski, böyük
britaniyalı Daniel Pauell və kosovolu Akil Qyakovaya qalib gəldikdən sonra
finalda gürcüstanlı Georgi Katsiaşvilini də üstələyib.
Beləliklə, Avropa çempionatının ilk günündə aktivinə iki qızıl medal yazdıran
Azərbaycan millisi komanda hesabında ilk pillədə qərarlaşıb. Digər cüdoçulardan
Kəramət Hüseynov (55 kq) və Şəfəq Həmidova (44 kq) 5-ci, Hasil Cəfərov (73 kq)
isə 7-ci olub.
Qeyd edək ki, 43 ölkədən 405 idmançının (229 oğlan, 176 qız) qatıldığı Avropa
çempionatında Azərbaycan 13 cüdoçu ilə (10 oğlan, 3 qız) təmsil olunur.
Cüdoçularımız Avropa çempionu oldular
00:45 17-09-2016
İDMAN
Digər Xəbərlər
2024-11-22 10:22:24
2024-11-21 23:54:07
2024-11-21 20:08:39
2024-11-21 18:56:00
2024-11-21 18:30:52
2024-11-21 17:43:01
2024-11-21 17:10:19
2024-11-21 16:58:08
2024-11-21 15:26:26
2024-11-21 14:44:31
2024-11-21 14:33:50
2024-11-21 14:02:06
2024-11-21 12:55:00
2024-11-21 11:52:00
2024-11-21 09:57:35
2024-11-21 09:37:31
2024-11-20 23:06:06
2024-11-20 22:40:18
2024-11-20 20:16:30
2024-11-20 18:39:01