Siqareti tərgitməyin daha bir faydası üzə çıxıb. Cənubi Kaliforniya Universitetində işləyən bir qrup alimin apardığı araşdırmaya görə, siqareti tərgidən insanlar daha xoşbəxt olurlar. Mütəxəssislər siqareti tərgitməyə çalışan 236 qadın və kişi üzərinə eksperiment aparıblar. Təcrübə iştirakçıları siqareti tərk etməmişdən öncə və sonra 2, 8, 16 və 28 həftə fasilə ilə depressiya testindən keçiblər.

Unikal.org deyerler.org-a istinadən bildirir ki, nəticədə siqareti atmağı bacaran insanlarda depressiya və aqressivliyin qısa zaman ərzində azaldığı müşahidə edilib. Zərərli vərdişi tərgidəndən sonra qrupun ən xoşbəxt üzvləri də məhz həmin insanlar olublar. Qısa zaman siqaretdən uzaq qalanlar da özlərini daha yaxşı hiss edibər. Amma siqareti nəinki tərgidə və onu azalda bilməyənlər qrupun ən bədbinləri olublar.