Rio 2016 Paralimpiya Oyunlarında iranlı velosipedçi Sarafraz Bahman Golbarnezhad kişilərin velosiped yarışında dik təpədən enərkən yıxılıb. O bir neçə xəsarət alıb, o cümlədən boynu zədələnib.
Unikal.org azadliq.org-a istinadən xəbər verir ki, Beynəlxalq Paralimpiya Komitəsi 48 yaşlı velosipedçinin qəzadan sonra ürəyinin dayandığını, xəstəxanaya aparılandan az sonra öldüyünü bildirib.
Komitə qeyd edib ki, Golbarnezhad əsl paralimpiyaçı idi, o, enerji və sevgi ilə öz ölkəsini təmsil etməyə çalışırdı.
İran prezidenti Həsən Ruhani onun ölümü ilə bağlı Twitterdə yazıb ki, Golbarnezhadın adı İranın paralimpiya tarixində qalacaq.
O, 2012-ci ildə Londonda keçirilmiş Paralimpiya Oyunlarında da iştirak etmişdi. Ancaq medal almamışdı. Golbarnezhad Şirazda anadan olub.
Xatırladaq ki, 1960-cı ildə Romada keçirilmiş Olimpiya Oyunlarında da danimarkalı velosipedçi Knud Enemark Jensen ölmüşdü.