Sirr deyil ki, Azərbaycanın işğal altındakı torpaqlarında ermənilər tərəfindən müəyyən istehsal müəssisələri yaradılıb və burada istehsal olunan məhsullar Ermənistan vasitəsi ilə xarici ölkələrdə realizə olunur.
Unikal.org modern.az-a istinadən xəbər verir ki, xüsusən Qarabağda istehsal olunan təbii sular, mürəbbə, doşab və alkoqollu içkilər Rusiya bazarında Ermənistan məhsulu kimi satılır. Onlar "Artsax Frut, "Artsax Berri və "Elir Qrup adları altında satışa çıxarılır.
"Artsax Frut şirkətinin direktoru Armen Çatryan bu sahədə böyük planlarının olduğunu deyib.
"Qarabağın nar şərabı, qoz mürəbbəsi və tut doşabı Rusiya bazarında böyük maraq görür. Ümumilikdə, 45 adda məhsul istehsal edirik. Rublun kursuna görə çətinlik yaşasaq da, hələki dözürük. Bu il məhsul bol olub və bizə yalnız meyvə deyil, tərəvəz məhsulları da gətirilib. Əsas ixrac marşrutu Moskva və Rusiyanın cənub bölgələridir.
Moskvanın iri supermarketlərində "Artsax Frut istehsalı olan 990 qramlıq tomat bankası 240 rubla (6,5 manat) dəyərindədir. Şirkətin istehsal etdiyi 400 qramlıq əncir, gilas, ərik və gicitkan mürəbbələri də təxminən həmin qiymətədir.