Gəncədə həyat yoldaşına kəsici və küt alətlə xəsarət yetirən şəxs tutulub.

"Unikal"a bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib. Onun sözlərinə görə, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 49 yaşlı Zamiq Hüseynov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

*** 11:08

Gəncədə 33 yaşlı qadın əri tərəfindən bıçaqlanıb.

"Unikal"ın məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.

1992-ci il təvəllüdlü G.İsmayılova bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Dərhal qadına yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir.

İlkin məlumata görə, qadın əri tərəfindən bıçaqlanıb. Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov