Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsinə yeni rəis təyin edilib.

"Unikal" xəbər verir ki, bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Qulu Tofiq oğlu Cəfərov sözügedən qurumun rəisi təyin olunub.