Vətən müharibəsi şəhidi Dəyanət Əliyevin anası vəfat edib. 

"Unikal"ın məlumatına görə, şəhid anası Tahirə Əliyeva xəstəlik səbəbindən dünyasını dəyişib.

Mərhum Ağcabədi rayonunda dəfn olunub.

Qeyd edək ki, Dəyanət Əliyev  2020-ci il sentyabrın 27-də Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Oktyabrın 24-də Füzuli döyüşləri zamanı şəhid olub. Ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə", "Füzulinin azad olunmasına görə" və III dərəcəli “Vətənə xidmətə görə” medalları ilə təltif edilib.

Anar Kəlbiyev