İran prezidenti Məsud Pezeşkian Ermənistana rəsmi səfər edib.
"Unikal" xəbər verir ki, bu barədə İrna məlumat yayıb.
Onu İrəvanın Zvartnots hava limanında Ermənistan baş nazirinin müavini Mher Qriqoryan qarşılayıb.
***10:03
İran prezidenti Məsud Pezeşkian bu gün və sabah Ermənistan və Belarusa səfər edəcək.
"Unikal" xəbər verir ki, bu barədə İran prezidentinin müşaviri Mehdi Sanai bildirib.
Onun sözlərinə görə, ikitərəfli əlaqələrin, xüsusən də biznes sahəsində əlaqələrin gücləndirilməsi və sənədlərin imzalanması səfərin məqsədlərindən biridir.
Ağarza Elçinoğlu