Milli Məclisin bugünkü iclasında sədrin birinci müavini Ziyafət Əsgərovun Məhkəmə-Hüquq Şurasına (MHŞ) üzv təyin edilməsi məsələsi müzakirə olunub.
Unikal.org xəbər verir ki, "Məhkəmə-Hüquq Şurası haqqında" qanunun 6.2.4-cü maddəsinə dəyişiklik edilib.
Qərara əsasən, Milli Məclis sədrinin birinci müavini, parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Abbas oğlu Əsgərov Məhkəmə-Hüquq Şurasının üzvü təyin olunub.