Bakının Nərimanov rayonunda ölümlə nəticələnən hadisə baş verib.
Unikal.org "Report"a istinadən xəbər verir ki, F.X.Xoyski küçəsində yerləşən türk liseyinin həyətindən Tərtər rayon sakini, 34 yaşlı Mobil Məmmədov naməlum səbəblərə görə kəllə-beyin travması ilə xəstəxanaya aparılıb. O, xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.