Güləş üzrə Azərbaycan yığmasının sabiq üzvü Çamsulvara Çamsulvarayev İraqda öldürülüb.
Unikal.org-un Rusiya KİV-ə istinadən məlumatına görə, Çamsulvara İraqda İŞİD sıralarında döyüşürmüş. O, İraqa getdikdən sonra adını dəyişibmiş və "Al Bara adını götürübmüş. Çamsulvarayevin həlak olmasını Britaniyanın IHS Analitik Mərkəzinin eksperti Coanna Paraşuk da təsdiqləyib.
Məlumatda o da deyilir ki, Çamsulvara Dağıstandan olan başqa bir yaraqlı, "Əbu Zeyd ləqəbli Məhəmməd Əhmədovla bircə öldürülüb.