Fetullahçı Terror Təşkilatı (FETÖ) mənsublarının çevriliş cəhdinin müvəffəqiyyətsizliklə bitməsinin ardından təqsirkarlardan daha birinin video görüntüsü ortaya çıxıb.
Unikal.org milliyet-ə istinadən bildirir ki, Hərbi nazirliyin avtoparkındakı kameralarda əks olunan görüntülərə görə, tibbi yardım briqadasının bir üzvü ətrafı müşahidə etdikdən sonra əlindəki tapançanı avtomobil dayanacağında gizlədib. Daha sonra digər inqilabçılarla birlikdə təhlükəsizlik qüvvələrinə təslim olub.