Bu gün Milli Məclisin payız sessiyasının ilk plenar iclasında Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb.
Unikal.org-un məlumatına görə, Milli Məclisin payız sessiyasının ilk plenar iclasında İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib ki, "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanun layihəsinə əsasən tranzit yük daşınması ilə bilavasitə bağlı yük aşırılma xidmətinə görə ƏDV tutulmayacaq.
Qeyd edək ki, "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanun layihəsi Məcəllənin 165.1.4-cü maddəsində dəqiqləşdirilmə aparılmaqla tranzit yük daşınması ilə bilavasitə bağlı yük aşırılma xidmətlərindən ƏDV-nin 0 dərəcə ilə tutulması məqsədi ilə hazırlanıb.
Sonda qanun layihəsi səsə qoyularaq qəbul edilib.