Xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş katibinin köməkçisi, təşkilatın İnkişaf Proqramının (UNDP) Avropa və MDB ölkələri üzrə ofisinin direktoru Cihan Sultanoğlunu qəbul edib.
Unikal.org-a Nazirliyin mətbuat xidmətindən daxil olan məlumata görə, görüşdə Azərbaycanla UNDP arasında əməkdaşlığının uğurla inkişaf etdiyini vurğulandı və əlaqələrin inkişafı üçün səylərin artırılmasının vacibliyi qeyd edildi. Eyni zamanda XİN-nin nəzdində fəaliyyət göstərən Azərbaycan Beynəlxalq İnkişaf Agentliyinin (AIDA) humanitar sahədə gördüyü işlər və həyata keçirdiyi layihələr yüksək qiymətləndirildi.
Cihan Sultanoğlunu təmsil etdiyi qurumun Azərbaycanla əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu bildirdi və ikitərəfli əməkdaşlıq nəticəsində əldə olunan uğurlardan söz açdı. O, həmçinin, Azərbaycanın "ANAMA və "Asan Xidmət kimi qurumların təcrübəsindən digər ölkələrin faydalanmasının zəruriliyini qeyd etdi.
Görüşdə həmçinin bildirildi ki, Azərbaycanın 2017-2019-cu illər üçün BMT-nin İqtisadi və Sosial Şurasına (ECOSOC) üzv seçilməsi davamlı inkişafa məqsədlərinə töhfə vermək üçün əlavə imkanlar yaradacaqdır.