Məlum olduğu kimi bu gün Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov elektron mediaya dövlət tərəfindən maliyyə dəstəyinin verilməsi ilə bağlı parlamentdə məsələ qaldırdı.
Unikal.org Əflatun Amaşovun təklifi ilə bağlı elektron KİV rəhbərlərinin fikirlərini öyrənib.

"Əflatun bəy öz çıxışında bir sıra mühüm məqamlara toxunub. Mətbuat Şurası sədrinin internet medianın hüquqi statusu ilə bağlı diqqət çəkdiyi məsələ günümüzün ən aktual problemlərindən biridir. İnternet mediaya dövlət tərəfindən maliyyə dəstəyinin verilməsi də bilavasitə bu sahədə hüquqi bazanın formalaşdırılmasından asılıdır.

"Biz mətbuat işçisi olaraq hər zaman dövlətin dəstəyini hiss etmişik. Bu gün də hiss edirik. Əflatun Amaşov olduqca vacib məsələni Milli Məclisdə qaldırıb. Mən də bu təklifi dəstəkləyirəm. İnanıram ki, dövlətimiz elektron medianın da inkişafı ilə bağlı mühüm addımlar atacaq.


"Əflatun Amaşov ciddi məsələyə toxunub. Doğrudan da, indi informasiya məkanında saytların çəkisi qəzetlərdən xeyli artıqdır. Buna görə də, qəzetlərə dəstək verildiyi halda, saytlara verilməməsi məntiqli deyil. Ümid edirəm ki, Mətbuat Şurasının rəhbərinin təklifi nəticəsiz qalmayacaq.

"Əflatun Amaşov bu gün Milli Məclisdə internet medianın dəstəkləməyin vacib olduğunu bildirib. Mən də bu təklifi yüksək qiymətləndirirəm. Əflatun Amaşov medianın problemlərini və qayğılarını bilən adamdır. Mətbuatın hansı sahəsinin dəstəyə ehtiyacı olduğunu çox yaxşı anlayır. Zaman- zaman bu məsələləri qaldırır. Sağ olsun, mən də onu dəstəkləyirəm. Düşünürəm ki, bu təklif dəyərləndiriləcək və dövlətimiz internet mediaya böyük dəstək verəcək.

Əflatun Amaşovun elektron mətbuatın vəziyyəti ilə bağlı çıxışı olduqca vacib idi. Hazırda bir çox xəbər saytlarının problemləri var. Elektron KİV təhlükəsizlik və texniki vasitələrin təminatı baxımından maddiyyat tələb edir. Əflatun Amaşovun bu təklifi elektron medianın inkişafına yüksək təkan verəcək. Düşünürəm ki, dövlət tərəfindən elektron medianın inkişafı ilə bağlı vacib addımlar atılacaq.