Milli Məclisin bu gün keçirilən iclasında deputat Tahir Kərimli rayon qeydiyyatında olan minik avtomobillərinin paytaxt Bakıya buraxılmamasına etiraz edib. O, bunu vətəndaşların Konstitusiya hüquqlarının pozulması kimi qiymətləndirib.
"İnsanlar rayonlardan Bakıya gəlirlər... xəstə oldu-olmadı adamlar yolda dayandırılır, maşınlardan düşürülürlər, sonra da başqa maşınla Bakıya gəlirlər. Bununla da icra orqanının qərarı ilə Konstitusiya məhdudlaşdırılır.
Deputat bildirib ki, ölkədə qanunların icrasına nəzarət olunmalıdır: "Ona görə də təklif edirəm ki ölkə miqyaslı qanunların icrasına nəzarət orqanı yaradılsın.
Unikal.org