Azərbaycan Premyer Liqasının VII turu çərçivəsində baş tutan "Sumqayıt - AZAL oyunu 1-1 hesablı bərabərliklə başa çatıb.
Unikal.org xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında AZAL-ın baş məşqçisi Tərlan Əhmədov da fikirlərini bildirib:
Bu gün yaxşı oyun sərgilədik. İlk hissədə daha yaxşı oynadıq. İkinci hissədə isə rəib yaxşı oynadı və biz müdafiəyə çəkilməyə məcbur olduq. Qazanılan xala görə futbolçulara təşəkkür etdim. Bəzi txnimki səhvlərimiz var idi ki, zamanla bunları aradan qaldırmağa çalışacağıq. Qarşıda fasilə gəlir və bundan maksimum yararlanmağa çalışacağıq. Mən məşqdə də futbolçularıma acımıram. Futbol kişi oyunudu və kişi kimi oynamalısan. Mən tapşırmıram ki, vaxt udun. Ancaq futbolun gözəlliyi də, belə məsələlərdədi. Ancaq mən heç vaxt futbolçulara tapşırmıram ki, belə edin.