Macarıstanda keçirilən referendumda əhalinin 40 faizdən az hissəsi səs verdiyi üçün o, baş tutmamış sayılır.

Unikal.org xəbər verir ki, referenduma çıxarılan məsələ Avropa Birliyinin miqrantlara kvota ayrılması təklifilə bağlı idi. Sual belə qoyulmuşdu: "Siz Avropa Birliyinə Macarıstan Parlamentinin razılığı olmadan ölkə vərəndaşlığı olmayan insanları Macarıstan ərazisində yerləşdirməsi hüququnun verilməsi ilə razısınızmı?!

Səs verənlərin cəmi 1,79 faizi bu suala "hə, 98,21 faizi isə "yox cavabını verib.

Qeyd edək ki, Avropa Komissiyasının planına görə Macarıstan növbəti iki ildə 2300 miqrant qəbul etməli idi.

Referendum ölkənin baş naziri, miqrantların əleyhinə kəskin mövqeyi ilə seçilən Viktor Orbanın təşəbbüsü ilə keçirilirdi. O, miqrantları Avropa mədəniyyətinə təhlükə kimi görür və onların deportasiya edilməsinin tərəfdarıdır.