Baku Medical Plazada doğularkən çəkisi 700 qram olan körpə barədə məlumat vermişdik.

Bu gün həmin körpə sağlam şəkildə valideyinlərinə təhvil verilib. 

Neonatoloq Aytən Kazımova Unikal.org-a bildirib ki, doğularkən körpənin ciddi ağciyər problemləri var idi: "Qeyd edim ki, körpə qız uşağıdır. 20 gün ərzində küvəzdə saxlanıldı. Bütün vacib tibbi xidmətlər göstərildi. Hazırda uşağın çəkisi 2 kq 120 qramdır. Bu gün artıq valideyinləri onu aparmağa gəliblər.



Körpənin atası Rüstəm Alməmmədov təəssüratlarını Unikal.org-a bölüşüb. O açıqlamasında övladının yaşaması üçün səy göstərən həkimlərə təşəkkür edib: "Bizim birinci övladımız da yarımçıq doğulub. O xaricdə dünyaya göz açıb. Ancaq onun vəziyyəti elə də pis deyildi. Bu övladımızın isə durumu çox ağır idi. Yaşayacağına ümidimiz yox idi. Azərbaycanda belə yüksək səviyyədə tibbi xidmət göstərən klinikanın mövcudluğundan xəbərsiz idik. Belə bir sistem qurduğuna görə klinika rəhbərliyinə, yüksək tibbi xidmətə görə isə həkimlərə təşəkkürümü bildirirəm.