Bu gün Nərimanov Rayon Məhkəməsində "Azərbaycan Beynəlxalq Bankı" ASC-dən kredit götürərək qaytarmamaqda günahlandırılan "Azərbaycan Consaltinq Qrup" MMC-nin rəhbəri Erhan Cavad Yavuz barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.
Unikal.org xəbər verir ki, bu barədə report-a E.Cavadın vəkili Sadiq Rəsulov məlumat verib.
Vəkilin sözlərinə görə, iş adamı barəsində həbs qətimkan tədbirinin müddəti üç ay artırılıb.
Qeyd edək ki, Erhan Cavad Yavuz 2015-ci ildə saxlanılıb. O, "Azərbaycan Beynəlxalq Bankı" ASC-dən kredit götürərək qaytarmamaqda ittiham olunur. İş adamı barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. Nərimanov Rayon Məhkəməsinin qərarı ilə bir neçə dəfə onun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.