"Bakıdan bölgələrə köçənlərin sayı artmaqdadır".
"Qafqazinfo" xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Heydər Əsədov bildirib. Nazir köçü kənd təsərrüfatının və aqrar sektorun inkişafının şərtləndirdiyini vurğulayıb. H. Əsədov bildirib ki, bu sektorun inkişaf göstəricilərindən biri də şəhər əhalisinin kəndlərə köçməsidir. Son statistika bunu deməyə bizə əsas verir. "Hazırda və növbəti illərdə də bizim əsas hədəfimiz bölgələrdə əkin sahələrini genişləndirmək, sakinləri bu sahəyə cəlb etmək üçün stimullaşdırıcı tədbirlər həyata keçirtməkdir. Bununla bağlı hazırda ciddi sənədlər hazırlanır və yaxın vaxtlarda bu sənədlərin imzalanmasının şahidi olacaqsınız"- deyə nazir vurğulayıb.
Azvision.az