Bu gün UEFA Avropa Liqasında 1/16 final mərhələsinin cavab qarşılaşmaları çərçivəsində növbəti oyunlar keçiriləcək.
Unikal.org apasport.az-a istinadən bildirir ki, artıq ilk 1/8 finalçının adı məlumdur.
Səfərdə "Sion" üzərində 2:1 hesablı qələbə qazanan "Braqa" ev oyununda 2:2-lik bərabərliyə razılaşaraq, turu keçən tərəf olub.
Mərhələnin digər matçları isə bu gün keçiriləcək. İlk olaraq Moskvada "Fənərbağça" "Lokomotiv"in qonağı olacaq. Bakı vaxtı ilə saat 20:00-da start veriləcək qarşılaşma prinsipiallığı ilə diqqət mərkəzindədir. Türkiyə və Rusiya arasındakı siyasi gərginliyin fonunda ötən oyun rusların yarımmüdafiəçisi Dmitri Tarasovun "mayka" skandalı ilə daha da artan həyəcan oyuna marağı daha da gücləndirir. "Fənərbağça" səfərə İstanbulda əldə etdiyi 2:0 hesablı qələbənin verdiyi üstünlüyü ilə yollansa da, rahatlaşmaq da olmaz. Hər iki komandanın tur üçün son gücünə qədər savaşacağı gözlənilir.
"Qalatasaray" isə Romada "Latsio"nun qonağı olacaq. "Türk Telekom Arena"da qollu heç-heçəyə razılaşan "sarı-qırmızılılar" mübarizəni davam etdirmək üçün ya qələbə qazanmalı, ya da bol qollu bərabərliyə nail olmalıdırlar.
İspaniyanın bu turnirdəki 4 klubundan ikisini artıq 1/8 finalda hesab etmək olar. Hər halda, ilk görüşdə böyükhesablı qələbə qazanan "Sevilya" və "Valensiya" üçün cavab matçı formal xarakter daşıyır. "Atletik"in də işi xeyli asandır. Çünki bilbaolular səfərdə 1 qolla məğlub etdikləri "Marsel"i bu dəfə qonaq edəcəklər. Yalnız "Vilyareal"ı çətin sınaq gözləyir. "Vilyareal" ilk görüşdə "Napoli"yə 1 topla qalib gəlsə də, indi bu üstünlüyü Neapolda qorumalıdır.
Danimarkada "Midtyulland"a sürpriz şəkildə uduzan "Mançester Yunayted" bunun təsadüfi olduğunu "Old Trafford"da sübut etməlidir. Digər ada təmsilçiləri "Liverpul" və "Tottenhem" isə səfərdə əldə edilən sərfəli nəticədən yararlanıb, öz meydanlarında mərhələ adlamağa çalışacaqlar.
Avropa Liqası
1/16 final, cavab görüşləri
25 fevral
 
20:00. "Lokomotiv" (Rusiya) - "Fənərbağça" (Türkiyə) (0:2)
Baş hakim: İvan Krujlyak (Slovakiya)
 
22:00. "Atletik" (İspaniya) - "Marsel" (Fransa) (1:0)
Baş hakim: Aleksey Kulbakov (Belarus)
 
22:00. "Bayer" (Almaniya) - "Sportinq" (Portuqaliya) (1:0)
Baş hakim: Ruddi Buke (Fransa)
 
22:00. "Krasnodar" (Rusiya) - "Sparta" (Çexiya) (0:1)
Baş hakim: Stefan Yohannesson (İsveç)
 
22:00. "Latsio" (İtaliya) - "Qalatasaray" (Türkiyə) (1:1)
Baş hakim: Vladislav Bezborodov (Rusiya)
 
22:00. "Liverpul" (İngiltərə) - "Auqsburq" (Almaniya) (0:0)
Baş hakim: Klemen Turpin (Fransa)
 
22:00. "Rapid" (Avstriya) - "Valensiya" (İspaniya) (0:6)
Baş hakim: Paolo Talyavento (İtaliya)
 
22:00. "Şalke" (Almaniya) - "Şaxtyor" (Ukrayna) (0:0)
Baş hakim: Matey Juq (Sloveniya)
 
00:05. "Bazel" (İsveçrə) - "Sent-Etyen" (Fransa) (2:3)
Baş hakim: Danni Makkelie (Hollandiya)
 
00:05. "Porto" (Portuqaliya) - "Borussiya" (Dortmund, Almaniya) (0:2)
Baş hakim: Mark Klattenberq (İngiltərə)
 
00:05. "Mançester Yunayted" (İngiltərə) - "Midtyulland" (Danimarka) (1:2)
Baş hakim: İstvan Vad (Macarıstan)
 
00:05. "Mölde" (Norveç) - "Sevilya" (İspaniya) (0:3)
Baş hakim: Robert Madden (Şotlandiya)
 
00:05. "Napoli" (İtaliya) - "Vilyareal" (İspaniya) (0:1)
Baş hakim: Dəniz Aytəkin (Almaniya)
 
00:05. "Olimpiakos" (Yunanıstan) - "Anderlext" (Belçika) (0:1)
Baş hakim: Arnold Hunter (Şimali İrlandiya)
 
00:05. "Tottenhem" (İngiltərə) - "Fiorentina" (İtaliya) (1:1)
Baş hakim: Ovidiu Alin Hateqan (Rumıniya)