Azərbaycan Silahlı Qüvvələri tərəfindən düşmən ordunun təxribat törətmək istəyən hərbi maşını vurulub.
Unikal.org xəbər verir ki, bu barədə news.am məlumat yayıb.
Hadisə nəticəsində düşmən ordunun əsgəri 1996-ci il təvəllüdlü Hayk Hambardzumyan yaralanıb.
Qeyd edək ki, dünəndən Ermənistan yenidən cəbhə xəttində vəziyyətin gərginləşdirilməsi üçün təxribat əməllərinə başlayıb.
Oktyabrın 5-də axşam saatlarında qoşunların qarşıdurma xəttində Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən mövqelərimizin atəşə tutulması nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Məmmədov Sahil Sabir oğlu şəhid olub.