İnsanların həyatını asanlaşdıran texnologiya bəzən də bəzi məşhurlar üçün kabus halına çevrilə bilir.
Unikal.org ən xüsusi anları video kaset, mobil telefon, kompüter və ya internet vasitəsilə ictimaiyyətə yayılan və buna görə çətin günlər keçirən məşhurların siyahısını tədim edir:
Məşhur və olduqca cazibədar olan aktrisa Megan Foxa sual verildi ki; Sizin də video kasetiniz varmı? Gözəl ulduz isə cavabında: "Əgər belə bir kaset olsaydı da yaxşı olmazdı çünki, bu görünüşləri mən belə seyr etməzdim. Mən dəli kimi sevişirəm, və özümü elə görmək istəməzdim." dedi.

Köhnə sevgilisi Ray J, Kim Kardashian ilə çəkilən videogörüntülerin internetdə yayılması kardaşyana qazanc gətirmişdi.

Karyerinin ən məhsuldar dövrünü yaşayan Jennifer Lopez də ötən illərdə müəyyən fasilələrlə "kaset şoku"nu yaşadı.JLo, 1997-ci ildə evlənib qısa müddətdən sonra boşandığı ilk əri olan Ojani Noa'nın çəkdiyi intim əlaqə kasetinin bazara çıxarılmasını eşidincə şok oldu. Bir müddət sonra qanuni yollardan buna mane ola bilmişdi..

49 yaşındakı iki uşaq anası olan Pamela Anderson da əlaqə kaseti üzündən canı sıxılan məşhurlardandır. Keçmiş əri Tommy Lee ilə birlikdə olan zaman çəkilən cinsi məzmunlu kasetindən iki oğlunun da xəbəri olduğunu söyləyən Anderson: "Baxıb baxmadıqlarını bilmirəm. Amma hər şeyi bilirlər. "Ağılsız internet" deyə " danışdı.

Bu mövzuyla gündəmə gələn məşhurlardan biri də Paris Hiltondu. "Parisdə Bir Gecə" adlı kaseti 2004-ci ildə satışa çıxdı. Hilton bu kaseti sonradan Pamela Anderson ilə evlənən Rick Salomon ilə birlikdə olduğu vaxtlarda çəkmişdi.

"Grey s Anatomy" adlı serialın ulduzlarından olan Eric Dane ilə həyat yoldaşı Rebecca Gayheartın də intim əlaqə kaseti də gündəminə bomba kimi düşmüşdü.

1990-cı illərin ilk yarısında məşhur aktyor Rob Lowenin 1988-ci ildə bir oteldə çəkilmiş görüntüləri gündəmi ələ almışdı. Bu kasetin görüntülərindən sonra Lowenin karyerasına uzun müddət xələl gətirmişdi.

Məşhur aktyor Colin Farrellın yaşadığı eşq həyatı başına böyük bəla açmışdı.. 2005-ci ildə Farrel ilə əlaqəyə girən Nicola Nara, məşhur aktyorla birlikdə keçirdiyi saatların görüntülərini internetdə paylaşmışdı.
