Venesuela hökuməti "Metyu" qasırğasından zərərçəkən Haitiyə humanitar yardım göndərib.

Unikal.org xəbər verir ki, bu barədə "TASS məlumat yayıb.

"Biz humanitar yardımı qardaş Haiti xalqına onların ehtiyaclarını ödəmək üçün göndəririk, - Venesuela Daxili işlər naziri Nestor Revelor deyib.

Qeyd edək ki, qasırğa nəticəsində Haitidə ölənlərin sayı 842-yə çatıb.