Azərbaycanda ağır tonnajlı avtomobillərin yüklərininmüəyyən edilmişstandartlara cavab verməməsi gündəmin əsas mövzularından biri olaraq qalmaqdadır. Bu cür avtomobillərə arxadan gələn nəqliyyat vasitələrinəvə ya yolun asfalt örtüyünə zərər dəyməməsi üçünhəddindən artıq yük yüklənməməli, yükün üzəri qalın əşya ilə örtülməlidir. Hətta ekspertlər yol qəzalarına yük maşınlarının daha çox səbəb olduğunu bildirirlər. Ağırtonnajlı avtomobillərin apardığı qum, çınqıl, mişar daşları yollara tökülərək digər nəqliyyat vasitələrinin qəza törətməsinə səbəb olur. Eyni zamanda,Bakı-Quba-Rusiya Federasiyasıdövlət sərhəd avtomobil yolunun bir çox hissələrində deformasiyaya uğramış, dağılmış asfalt örtükləri, çatlar, çuxurlar nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinə maneçilik törədir.

Картинки по запросу Kamran Əliyev

Unikal.org xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ)mətbuat xidmətinin rəhbəri Kamran Əliyev"Reporta bildirib ki, yükdaşımalarla bağlı mövcud olan qanunvericilik dağılan, səpilən məhsulların üzərinin mütləq şəkildə örtülməsini tələb edir: "Bunormalara bütün sürücülər riayət etməlidir.Əgər sürücü postu keçdikdən sonra hər hansı bir səbəbdən daşıdığı yükün üstünü açıq saxlayıb, yola daşın, çınqılın tökülməsinə səbəb olursa, digər sürücülər bizim "902 Qaynar xətti"mizə zəng edib şikayətlərini bildirə bilərlər. Bu kimi qayda pozuntusu ilə üzləşən sürücülər həmin yük maşınının dövlət qeydiyyat nişanını, hərəkət etdiyi yolu, yaxud ərazini bildirməklə problemi yoluna qoya bilər. Şikayət əsasında qaydanı pozan həmin nəqliyyat vasitəsi şəhərin giriş hissələrində, yaxınlıqdakı postda, yaxud həmin ərazidə xidmət aparan yol patrul inspektorları tərəfindən saxlanılır və qayda pozuntusu ilə bağlı müvafiq tədbirlər görülür. Yaxud bu kimi halların şahidi olan sürücülər DYP-ninstasioanar postlarında xidmət aparan inspektorlara yaxınlaşmaqla qaydanı pozan nəqliyyat vasitəsini şikayətedə bilərlər.

Onun sözlərinə görə, yükdaşıma qaydalarının pozulmasına görə nəqliyyat vasitələri cərimələnir: "Bu kimi hallarda ən aşağı cərimə haqqı 40 manat təşkil edir. Amma nəqliyyat vasitələrininparametrləri aşılmaqlayüklənməsinə görə cərimələr fərqlidir. Fiziki şəxlər kütlə parametrlərini aşmağa görə 600 manat dəyərində cərimə edilir. İl ərzində qaydanı təkrar pozan şəxslərin sürücülük hüququ altı aydan bir ilə qədər məhdudlaşdırılır. Eyni zamanda, həmin sürücülərqaydaları təkrar pozduqlarına görə 1200 manat dəyərində cərimə edilirlər. Eləcədə həm vəzifəli, həm də hüquqi (yəni həm yükləyən, həm də yükləməni təşkil edən) şəxslərin cəriməsi də az deyil. Bu halda qanunvericiliklə vəzifəli şəxslər üçün 1400 manatdan 1700 manata, hüquqi şəxslərə isə 4 000 manatdan 5 000manata qədər cərimələrin tətbiq edilməsi nəzərdə tutulub.

Картинки по запросу Xəyal Məmmədxanlı

Sığorta məsələləri üzrə ekspert Xəyal Məmmədxanlı deyib ki, sığorta şirkəti avtomobilə dəymiş ziyanı ödəməlidir: "Əgər yükdaşıma qaydaları pozulubsa, sığorta şirkəti həmin yük avtomobilinin sürücüsünə qarşı regret qaydada məhkəməyə müraciət etməklə pul tələb edə bilər.

Картинки по запросу Anar Nəcəfli

"Azəravtoyol ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli qeyd edib ki, normadan artıq yüklənmiş ağır tonnajlı avtomobillərinhərəkəti nəticəsində yolların monolit beton örtüyündə müəyyən çatlar və dağılmalar yaranır: "Bu daha çox Qubadan Bakıya doğru olan avtomobil yolu istiqamətində baş verir. Eyni zamanda, yük maşınları Xaçmaz, Qusar istiqamətindən Bakıya gələn yolu dağıtmaqla yanaşı, həm də digər hərəkətdə olan nəqliyyat vasitələri üçün böyük təhlükə törədirlər. Bu səbəbdən aidiyyəti qurumlar tərəfindən yük daşıyan nəqliyyat vasitələrinə nəzarət daha da gücləndirilməlidir. Ümumiyyətlə, bu kimi vəziyyətlər nəqliyyat vasitələrinin təhlükəsiz hərəkət etməsinə problem yaradır.

Картинки по запросу Ərşad Hüseynov

Nəqliyyat üzrə ekspert Ərşad Hüseynov vurğulayıb ki, Azərbaycan qanunvericiliyində dağılan, səpələnən yüklərin daşınması zamanı onların üzərinin örtülməsi birmənalı olaraq göstərilib: "Əgər yolda hər hansı bir hadisə baş verərsə, bu zaman birbaşa sürücü təqsirkardır. Əgər zərərçəkən avtomobilin icbari sığortası varsa, o zaman ziyanı sığorta ödəyir.