Azərbaycan "Yalquzaq snayper tüfənginin ixracını həyata keçirəcək.

Unikal.org-un məlumatına görə, bu barədə AzeriDefence-yə Müdafiə Sənayesi Nazirliyinin "Şərq İstehsalat Birliyinin baş direktoru İlqar Nəzərov bildirib.

İ.Nəzərovun bir ölkə ilə snayper tüfənginin ixracına dair müqavilənin imzalandığını bildirib. Ölkənin adı açıqlanmayıb.

İxracla yanaşı, Sərhəd Qoşunlarından da ilk sifarişlər alınıb.

Müəssisə rəhbərinin sözlərinə görə, HP-7.62 hücum pulemyotuna da böyük maraq göstərilir. Daxili tələbat böyük olduğuna görə HP-7.62 pulemyotu üçün hələ ki, ixrac müqaviləsi imzalanmayıb.

İ.Nəzərov qeyd edib ki, 7.62×51 mm "Yalquzaq snayper tüfəngi bazardakı xarici analoqları ilə müqayisədə bir çox üstünlüklərə malikdir. "Bolt action iş prinsipinə malik "Yalquzaq snayper tüfəngi müxtəlif hava şəraitində istismar oluna bilir.