Bu günün əsas xəbərlərindən biri də 6 aylıq qız uşağının fiziki qüsurlu olduğuna görə, valideynləri tərəfindən küçəyə atılmasıdır.

Unikal.org bildirir ki, primetime.az məsələyə aydınlıq gətirən blogger, xeyriyyə tədbirlərinin təşkilatçısı kimi tanınan Şəfiqə Fərzəlibəylinin fikirlərini yayımlayır: 

" Körpə haqqında informasiyanı Facebook sosial şəbəkəsində gördüm. Uşağa yardım etmək üçün paylaşımlar etdim. Mənə məlumat verdilər ki, körpə 2 saylı uşaq xəstəxanasındadır. Və valideynləri tərəfindən atılmayıb. O, 1saylı körpələr evindən müalicəyə göndərilib. Həmin dəqiqə körpələr evi ilə əlaqə saxladım. Dedilər ki, baş həkim Nəhayət Əliyeva ilə danışım. Həkim ünvanladığım sualları kobud şəkildə cavablandırdı. Körpə haqda soruşanda isə hansı uşağın olduğundan belə xəbərsiz idi. Xəstəxanadan mənə bu xəbərin yalan olduğunu bildirdilər. Lakin o uşaq olan müəssisədə tanış xanımlar var ki, körpəni orada görüblər. Hətta mənə uşağa lazımlı əşyaları gətirib xəstəxanada təhvil verməyi də məsləhət gördülər. Amma nədənsə uşağı görməyimin mümkün olmadığını dedilər. Sual yaranır, mən haradan əmin olum ki, yardımım o, körpəyə olunacaq? Bu məsələ ilə bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə müraciət edəcəm. Bu işdəki fırıldağın üstünü açmağa çalışacağam!" 

Ş.Fərzəlibəyli onu da vurğuladı ki, bu saata qədər 4-5 ailə ona müraciət edərək, atılmış uşağı övladlığa götürməyə hazırdır.