Azərbaycanda Aşura günü qanvermə aksiyası keçiriləcək məscid və ziyarətgahların siyahısı açıqlanıb.

Unikal.org trend-ə istinadən xəbər verir ki, qanvermə ölkə üzrə Səhiyyə Nazirliyinin Mərkəzi Qan Bankından başqa, 14 məsciddə təşkil olunacaq.

Qanvermə aksiyalarının təşkil olunacağı məscidlərin 8-i Bakıda, 6-sı isə digər rayon və şəhərlərdə yerləşir.

Aksiyalar Bakıda Mərkəzi Qan Bankında, Yasamal rayonunda "Təzəpir məscidi və "Hacı Soltanəli məscidləri, Səbayel rayonunda "Bibiheybət və İçərişəhər "Cümə məscidləri, Suraxanı rayonu "Qaraçuxur qəsəbə məscidi, Xəzər rayonu "Mirmövsüm ağa ziyarətgah-məscidi, Nizami rayonu "Keşlə qəsəbə məscidi, Nəsimi rayonu Əjdərbəy məscidində təşkil olunacaq.

Bununla yanaşı, Sumqayıtda "Cümə məscidi, Gəncədə "İmamzadə ziyarətgah-məscidi, Mingəçevirdə "Heydər məscidi, Şəkidə "Çümə məscidi, Lənkəranda "Böyük Bazar məscidi, Bərdədə "Cümə məscidində də qanvermə aksiyası keçiriləcək.

Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliya və talassemiyalı, həmçinin qana ehtiyacı olan digər xəstələrin müalicəsində istifadə olunacaq.

Qeyd edək ki, Azərbaycanda Məhərəmmlik ayı oktyabrın 3-dən başlayıb və sabah Aşura günüdür.