"Müdafiə Nazirliyinin tövsiyəsi ilə ehtiyatda olan zabitlərlə görüşürük.
Unikal.org xəbər verir ki, bunu Modern.az-a açıqlamasında ehtiyatda olan general-leytenant, Azərbaycanın Çindəki keçmiş hərbi attaşesi Yaşar Aydəmirov deyib.
General-leytenant bildirib ki, görüşlər zamanı əsasən cəbhədəki vəziyyət müzakirə olunur və orduya hər cür dəstək ifadə edilir:
"Generallarla, zabitlərlə müzakirələr aparırıq. Lazımdırsa əlimizdən gələn köməyi etməyə hazırıq.
Yaşar Aydəmirov keçmiş müdafiə naziri, istefada olan general-polkovnik Səfər Əbiyevin generalların tədbirlərinə qatılıb-qatılmaması haqda da danışıb:
"Səfər Əbiyevi belə tədbirlərdə görməmişəm. O bizim qatıldığımız tədbirlərə gəlmir.
Mən özüm istefada yox? Ehtiyatda olan generalam. Səfər Əbiyevlə hər hansısa əlaqəm yoxdur. Onu heç görmürəm.