Amerika alimləri bu siyahıda olan yeməkləri uşaqlara verməyi məqbul saymır.
Unikal.org AZƏRTAC-a istinadla xəbər verir ki, "Qara siyahı" əsasən hazır qidalardan ibarətdir. Onların hamısı artıq çəki yaradır. Alimlər bundan əvvəl də zərərli qidalarla bağlı siyahı hazırlamışdı, orada zərərli ərzaqlar arasında ilk yeri çipsilər və qazlı sular tuturdu. Yeni siyahıda çeşidlərin sayı artırılıb və bura kartof-fri, qızardılmış balıq, istənilən növ şirniyyatlar, habelə dəfələrlə istifadə olunmuş yağ daxil edilib.
Un məmulatları da çəki artıran məhsul hesab olunub. Çipsi və qazlı sular yenə də siyahıda saxlanılıb. Alimlər bildiriblər ki, siyahıya daxil edilən məhsulların uşaq orqanizmi üçün heç bir faydası yoxdur. Bu qidalar yalnız əlavə çəki yığmağa yarayır. Müxtəlif növ süd kokteyllərindən də imtina etmək gərəkdir, onlar da zərərli qidalar siyahısındadır.
Faydalı ərzaqlara gəlincə, mütəxəssislər uşaqları sıyıqlar, qədərincə çörək, tərəvəz, meyvə, göy-göyərti və göbələk yedizdirməyi məsləhət görür. Ət məhsullarından yalnız toyuq ətini rasiona daxil etmək olar.