Moskva-Penza reysi ilə uçan SSJ-100 sərnişini Şeremetyevo hava limanında məcburi eniş edib.
"Unikal" xəbər verir ki, bu barədə regional fövqəladə hallar xidmətinin nümayəndəsi bildirib.
Fövqəladə hallar xidmətinin nümayəndəsinin sözlərinə görə, qəza enişinə səbəb yanacaq filtrinin nasazlıq sensorunun işə düşməsi ilə bağlıdır. O qeyd edib ki, Şeremetyevoda bütün növbətçi xidmətlər hazırlıq vəziyyətinə gətirilib.