Avqustun 5-də Lerik rayonunun Çayrud kəndində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib.

Daxili İşlər Nazirliyinin Lənkəran regional qrupundan "Unikal"a bildirilib ki, araşdırmalarla yanğının Çayrud kənd sakini 1987-ci il təvəllüdlü Cavid Əliyevin həyətində biçilmiş ot sahəsini yandırması və yanğının qonşusuna məxsus sahəyə keçməsi nəticəsində baş verdiyi məlum olub.

Cavid Əliyev məsuliyyətə cəlb edilib.