Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.
"Unikal"ın məlumatına görə, hadisə rayonun Kösgər kənd yolunda qeydə alınıb.
Hərəkətdə olan minik maşını yol kənarındakı daş lövhəyə çırpılıb.
Qəza zamanı 4 nəfər xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib. Hadisə yerinə DYP-nin əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov