"Oyundan qabaq demişdim ki, bizi çətin sınaq gözləyir. Bunun şahidi olduq.
Unikal.org-un apasport.az-a istinadən məlumatına görə, bu sözləri Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki deyib.
DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Çexiyanın qonağı olan millimiz növbəti uğurlu nəticəyə imza atıb. Komandamız çətin səfər qarşılaşmasından 1 xalla ayrılıb - 0:0.
Prosineçki qeyd edib ki, artıq diqqətini Şimali İrlandiya ilə oyuna yönəldib: "3 oyundan sonra hesabımızda 7 xal var. Qapımızdan qol da buraxmamışıq. Gələn ay Şimali İrlandiya ilə vacib oyunumuz olacaq. İndidən bütün diqqətimizi bu matça yönəltməliyik. Ordan da yaxşı nəticə ilə qayıtmağa çalışacağıq