Gündəmə daha çox yaradıcılıq yenilikləri ilə gəlməyi sevən, lakin çoxdandır efirlərdə görünməyən Natəvan Həbibi "İnstagramda yeni bir fotosunu paylaşıb.
Unikal.org xəbər verir ki, sənətçi bu dəfə də ibrətamiz statusu ilə diqqət çəkməyə çalışıb.O, hər kəsi günahlardan uzaq , xeyirxah bir həyat yaşamağa səsləyib:
"Əlimizdə ömür adında bir sərmayə var və bu sərmayə saatlarla, günlərlə, illərlə əlimizdən sovrulub gedir və bizə məlum olmayan bir gün qurtaracaq. Bu sərmayə qurtaracaq, amma hər şey qurtarmayacaq. İmkanlarımız tükənəcək, bir qapıdan keçib, başqa bir həyata başlayacağıq. Və o zaman çox gözlər açılacaq, çox insanlar qəflət yuxusundan oyanacaq, çox dizlərə "ah-vay deyə döyüləcək. Seçim hər kəsin özünündür. Kim hansı yolu tutursa, o yolla hansı mənzilə varacağını da yaxşı bilməlidir. Bəli, uzun, incə bir yoldayıq. Yol dediyin də hər gün işə gedib evə döndüyün küçələr, səkilər, dalanlar deyil, niyyətindir, əməlindir... Günahlardan uzaq olub, Əməli-saleh olaq İnşallah.