Unikal.org xəbər verir ki, Xəzər tv də yayımlanan Zaur Kamalın "5/5 verilişinə həyat yoldaşı Cəmil və oğlu Elgünlə birlikdə qatılan müğənni Sevda Sanəliyeva aparıcının "Övladın doğuldu, həyatın dəyişdi? sualına belə cavab verib:
"Bütün həyatımı oğlum dəyişib. Onun gələcəyini fikirləşib, hərəkət edirəm. Bütün mahnılarımı, geyimlərimi yoldaşım özü seçir. Həyat yoldaşım dövlət işində işləyir".
Sevda aparıcının ondan efirdə rəqs etmə istəyini rədd edib. İfaçı bildirib ki, həyat yoldaşı icazə vermir: "Həyatımdan ümumiyyətlə rəqsi çıxardım".
İfaçının həyat yoldaşı "Müğənni həyat yoldaşı olmaq bəziləri üçün çətin gələ bilər, mənə yox deyə, bildirib.