Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasının bugünkü plenar iclasında Almaniyanın Xarici İşlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Frank-Valter Ştaynmeyer çıxış edib.
Unikal.org APA-ya istinadən xəbər verir ki, Almaniya XİN başçısı Avropa Şurasına üzv ölkələrdə insan hüquqlarının vəziyyəti haqqında danışarkən bu məkanda baş verən münaqişələrə, tanınmamış ərazilərə diqqət çəkib.
"Biz Avropa məkanında insan hüquqlarının qorunması haqqında danışarkən burada baş verən münaqişələri də unutmamalıyıq. Münaqişələr dedikdə, mən yalnız Ukraynanı və Krımın anneksiyasını deyil, Cənubi Osetiya, Abxaziya, Dnestryanı bölgə və Dağlıq Qarabağ münaqişələrini də nəzərdə tuturam.