Müğənni Nadir Qafarzadə böyük oğlu Loğmanı evləndirməyə hazırlaşır.
Unikal.org-un axşam.az-a istinadən məlumatına görə, sənətçi bu haqda "Evdəkilərə salam verilişində deyib.
O bildirib ki, Londonda təhsil alan övladı gələn il universiteti bitirir:
"Loğmanı 2017-ci ilin mayında evləndirməyi düşünürəm. Çünki mən də o yaşımda may ayında evlənmişdim. Övladlarımın evləri, gəlinlərimin isə cehizləri hazırdır. Hamısını özüm almışam.
N.Qafarzadə həyat yoldaşı Sevinc xanımla boşanma xəbərlərinin yaranma səbəbini açıqlayıb:
"Balaca oğlum Əziz Moskvada oxuyur. Sevinc onun yanında qalır. Ona görə də belə şayiə yayıblar.
İfaçı verilişdə sevənlərinə müraciət də edib:
"Geyinmədiyim libaslarımı istəyənlərə hədiyyə edəcəm. Kim paltarlarımı pulsuz əldə etmək istəsə, mənə müraciət etsin".