Ədliyyə Nazirliyi Penitensiar Xidmətində kadr dəyişikliyi olub. 

Unikal.org apa-ya istinadən məlumatına görə, ədliyyə naziri Fikrət Məmmədovun əmri ilə ədliyyə polkovniki Məhərrəm Qafarov Penitensiar Xidmətin rəis müavini vəzifəsinə təyin edilib.
 
Qeyd edək ki, M. Qafarov indiyə kimi həmin vəzifəni icra edib.
 
Bundan əlavə, nazirin əmri ilə ədliyyə polkovnik leytenantı Mirsaleh Seyidov Penitensiar Xidmətin Əməliyyat - Rejim İdarəsinin rəisi vəzifəsinə təyin edilib.