Unikal.org primetime.az-a istinadən xəbər verir ki, bu ilin mayında Azərbaycanı "Eurovision" beynəlxalq mahnı müsabiqəsində təmsil edən Səmra Rəhimli təşkil olunan tədbirlərdən birində fotokameraya tuş gəlib. Ayaqüstü, qısa söhbət zamanı, Səmranın cəsarətli tərzini müzakirə etdik:
-Hər zaman açıq-saçıq geyimlərlə qınaq obyektinə çevrilirsiniz... Sizi həzm etmək bu qədər çətindir?
-Hər kəs görmək istədiyini görür. Deməzdim ki, hər zaman qısa geyinirəm. Uzun libas geyindiyim məclislər də var, qısa geyindiyim tədbirlər də... Geyim insanın yaşına, özünə, gedəcəyi məkana uyğun olmalıdır. Mən də geyinəcəyim libası məkanlara uyğun seçirəm.
- İnsanların geyim tərzinizə bu qədər qarışması sizi qıcıqlandırmır ki?
- Məncə, bu hər kəsin şəxsi işidir. Xarakterim elədir ki, kimsənin işinə qarışmağı xoşlamıram. Onun üçün də fikirləşirəm ki, qarşımdakı da mənə eyni münasibəti göstərməlidir. İstədiyim kimi yaşayır və geyinirəm. Əsas odur ki, insan nə geyinirsə-geyinsin, yetər ki, əqidəsi təmiz olsun. Bir çox müğənnilərimiz qısa geyinirlər, onlar haqda heç o qədər də söz-söhbət yayılmır. Amma mən nədənsə tez "gözə girirəm".
-Təəssüf ki, "Eurovision"dan sonra yaradıcılığınızda heç bir yenilik görmədik...
- Deməzdim ki, yarışdan sonra yaradıcılığımda yenilik yoxdur. Sadəcə olaraq, tədbirlər, verilişlərbuna bir az mane olur. Həm də elə böyük yarışdan sonra insanın istirahətə ehtiyacı olur. Orada elə gərgin atmosferdə, iş rejimində çalışırsan ki, gələndən sonra da həmin yorğunluğu üzərindən atmaq istəyirsən. Yaxın gələcəkdə yeni layihələr üzərində çalışmaq fikrindəyəm.
- Yerli şou-biznesdə kimlərlə duet oxumaq istərdiniz?
-Gözəl təklif olsa, səs tembrimiz uyğun gəlsə, niyə də yox? Maraqlı duetin kimlə alınacağı barədə düşünə bilmirəm. Ağlımda hələ ki, konkret ulduz yoxdur...