Azərbaycan təəssüf edir ki, ATƏT-in İnsan ölçüsü məsələləri üzrə iclasın bəzi iştirakçıları Ermənistanın Azərbaycan ərazisində yaradılmış qanunsuz separatçı rejimin inkişafı üçün bu strukturun işində iştirak etmələrindən növbəti dəfə sui-istifadə ediblər.

Unikal.org trend-ə istinadən bildirir ki, bu barədə Azərbaycan nümayəndə heyətinin oktyabrın 13-də Daimi Şuranın xüsusu iclasındakı bəyanatında deyilir.

Bəyanatda deyilir ki, bununla əlaqədar qanunsuz separatçı rejimə aktiv yardım göstərən bəzi QHT-lərin iştirakı ATƏT-in qoruduğu prinsiplərə heç cür uyğun gələ bilməz və müvafiq olaraq bu, ATƏT-in İnsan ölçüsü məsələləri üzrə iclasının məqsədlərinə ziddir.